Fransada 2010-2012-ci illərdə 1200 polis işçisi həlak olub

Fransanın daxili işlər naziri Manuel Valls nüfuzlu partiyaların rəsmilərinin yığıncağında polisin fəaliyyətindən danışarkən 2010-2012-ci illərdə ölkədə cinayətkarlar və silahlı quldur dəstləri ilə mübarizədə 1200 polis əməkdaşının həlak olduğunu bildirib.Nazir son illərdə ölkədə cinayətkarlığın artdığını, fransız polisinin onlara qarşı ciddi mübarizə apardığını, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz vəzifə borclarını şərəflə yerinə yetirdiklərini vurğulayıb.

sia.az