Devid Kemeron Aİ hərbi kontingentinin yaradılması ideyasını təkzib edir

"Avropa İttifaqı hərbi kontingentinin yaradılması ideyasının irəli sürülməsi haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir". SİA-nın İnterfax.ru-ya istinadən verdiyi məlumata görə, bu sözləri Böyük Brtitaniyanın baş naziri Devid Kemeron bildirib."Biz əməkdaşlıq sərhədlərimizi düzgün müəyyənləşdirməli və Aİ-nin hərbiləşdirilməsi ideyasını səhv addım kimi qiymətləndirməliyik" - deyə bildirən baş nazir onu da qeyd edib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil.Qərb KİV-i də ideyanı təhlil edərkən yazır ki, rəsmi London hər zaman Britaniya silahlı qüvvələrinin ciddi milli nəzrət altında saxlanmasının tərəfdarı qismində çıxış edir.NATO-nun baş katibi Anders Foq Rasmussenin də iştirak edəcəyi Aİ sammitində isə müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi bildirilir.

sia.az