Dünya

  • 34 425

“Rusiya donanması Krımda sabitləşdirici amildir”

image

"Krımdakı vəziyyəti Osetiya və Cənubi Abxaziya ilə müqayisə etmək düzgün deyil. Orada Osetiya və Abxaziyada olan hadisələr baş vermir". Bunu Rusiya prezidenti Vladimir Putin bugünkü mətbuat konfransında Rusiya ordusunun 2008-ci ildə Gürcüstan-Rusiya münaqişəsi zamanı olduğu kimi, Ukraynaya yeridilməsi ehtimalı haqqında sualı şərh edərkən bildirib."Bu ərazilər vaxtilə öz müstəqilliklərini bəyan ediblər və orada qanlı etnik münaqişə baş verib. Eyni zamanda bu ərazidə Rusiya sülhməramlıları olub. Bizim hərəkətlərimiz sülhməramlılarımıza qarşı hücumlar və hərbçilərimizin öldürülməsi ilə bağlı olub. Krımda bu kimi hallar baş vermir və ümidvaram ki, olmayacaq", - deyə Rusiya prezidenti bəyan edib.O xatırladıb ki, Moskva və Kiyev Rusiya donanmasının Krımda yerləşdirilməsi haqqında saziş bağlayıb və bu saziş iki ölkənin maraqlarına uyğun olaraq uzadılıb: "Rusiya donanmasının Sevastopolda, Krımda yer alması beynəlxalq və regional siyasətdə sabitləşdirici amildir".

sia.az

Digər xəbərlər