Türkiyənin iki nazirinin təqribən 110 milyon lirə rüşvət aldığı iddia edilir

Baş Prokurorluğun iddiasına görə, Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış iş adamı Rza Zərrabın rüşvət verdiyi nazirlərdən biridir. Bu barədə "Zaman" qəzeti məlumat verir.R.Zərrabın E.Bağışa təqribən 3 milyon türk lirəsi rüşvət verdiyi iddia edilir.Digər iddiaya görə, R.Zərrab Qanadan qeyri-qanuni yolla gətirdiyi 1,5 ton qızılla bağlı problemini "Xalq Bank" vasitəsilə həll edib. Belə ki, iş adamının "Xalq Bank" vasitəsilə gördüyü işlərə nəzarətdən yayınmaq üçün bankın baş direktoru Süleyman Aslanla əlaqə yaratdığı, bank rəhbəri ilə R.Zərrabı tanış edən şəxsin isə iqtisadiyyat naziri Zəfər Çağlayan olduğu bildirilir.Z.Çağlayanın bütün bu və digər qeyri-qanuni əməllərə 106 milyon lirə qarşılığında göz yumduğu iddia edilir.

sia.az