Dünya

  • 34 289

Romada miqrantlar üçün “düşərgə”…

image

Avropa Komissiyası İtaliyanın hakimiyyət orqanlarına müraciət edərək, onları Lampeduza adasında immiqrantların saxlanılması şəraitini yoxlamağa çağırıb. Komissiya bu bəyanatı miqrasiya mərkəzindən həvəskar videoyazını İtaliya telekanallarından biri yayımladıqdan sonra verib.Videoçarx istər hüquq müdafiəçilərinin, istərsə də rəsmi Romanın hiddətini doğurub. Aİ-nin daxili işlər məsələləri üzrə komissarı Sesiliya Malmstrem deyib: "Lampeduzada çəkilmiş videoyazı dəhşətli və yolverilməzdir".Videonu suriyalı qaçqınlardan biri mobil telefonunun kamerasına çəkib. Kadrlarda görünür ki, qadınları və kişiləri neçə qovub küçəyə çıxarır, paltarlarını soyunmağa məcbur edir, sonra şlanqı onlara tuşlayıb çimizdirir və bu yolla onları miqrasiya mərkəzində tüğyan edən qotur xəstəliyindən müalicə edirlər.Video müəllifinin sözlərinə görə, bu prosedur hər üç gündən bir təkrar olunur. S.Malmstrem deyib: "Biz artıq bir çox miqrasiya mərkəzlərində, o cümlədən Lampeduzada dözülməz saxlama şəraitinin araşdırılmasına başlamışıq. Biz Avropa İttifaqı qanunvericiliyinin pozulması hallarını üzə çıxarmaq üçün tərəddüd etməyəcəyik. Əmin olmalıyıq ki, Avropa İttifaqının standart və öhdəliklərinə lazımi səviyyədə riayət olunur".Bundan əlavə o bildirib ki, Aİ miqrantların qəbul edilməsində İtaliyaya hərtərəfli kömək göstərməlidir.Lampeduza adası Aİ-nin cənub sərhədində yerləşdiyinə görə Afrika və Yaxın Şərq ölkələrindən Avropaya gəlməyə can atan qaçqınları qəbul edən ilk məntəqədir.

sia.az

Digər xəbərlər