Avtomobil idxalı 86% artıb

14 Noyabr 2017 12:53 (UTC+04:00)

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə 8 102 ədəd avtomobil idxal olunub. SİA Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 3753 ədəd avtomobil və ya 86,29% artıb.Ölkəyə gətirilən avtomobillərin 148 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 7 098 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 795 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 61 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

sia.az