BTQ-nin açılışı Qazaxıstan üçün əlavə stimuldur

11 Yanvar 2018 12:20 (UTC+04:00)

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı və Kurık bərə kompleksinin istifadəyə verilməsi Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə ixrac konteynerlərinin daşınmasında əlavə stimul olub. Qazaxıstan dəmir yollarının saytı xəbər verir ki, bunu 2017-ci ilin yekunları ilə bağlı çıxışında “Qazaxıstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin rəhbəri Kanat Alpısbayev bəyan edib.Qeyd olunub ki, tranzit dəmir yolu daşınmalarının həcmi 16 milyon ton təşkil edib ki, bu, 2016-cı illə müqayisədə 23 faiz çoxdur. 2018-ci ildə tranzit yük daşımalarının həcminin 17,1 milyon tona çatdırılması planlaşdırılır. Çin-Avropa-Çin istiqamətində konteyner daşımalarının inkişaf tempi qorunub və onların həcmi 201 min TEU təşkil edib. 2018-ci ildə Çin-Avropa-Çin xətti üzrə daşımaların ümumi həcmi təxminən 340 TEU olacaq.Kurık bərə kompleksi ilə 1,5 milyon ton yükün boşaldılıb yüklənməsi həyata keçirilib və avtomobil bərə keçidi sınaq rejimində istifadəyə verilib.

sia.az