Fazil Mustafa: "Bu ilin Cümhuriyyət ili elan edilməsi çox yüksək bir addımdır" AÇIQLAMA

11 Yanvar 2018 16:09 (UTC+04:00)

“Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyət ili” elan edilməsi ölkə başçısının Cümhuriyyət ideyasına olan münasibətidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Musatafa deyib.Onun sözlərinə görə, hər kəs bu sərəncamdan sonra Cümhuriyyət ideyasının nə qədər dəyərli olduğunu bir daha dərk edəcək. Cümhuriyyətin 100 illiyinin qeyd olunması yönündə təşəbbüs göstərəcəklər. Prezident sərəncam imzalayıb və bu istiqamətdə irəli gələn məsələlərin ətrafında məmurlar tərəfindən ciddi addım atılmayıb. Bu il Cümhuriyyət ili elan edildikdən sonra əsas verəcək ki, hər kəsin amalı buna yönəlsin.Bu məsələ könül işidir, qəlb işidir. Təəssüf ki, bizdə əksəriyyət gözləyir ki, konkret tapşırıqlar verilsin və onun çərçivəsində hansısa işlər aparılsın. Ancaq hamı öz təşəbbüsünü ortaya qoymalıdır. Buna görə də prezidentin bu qərarını yüksək qiymətləndirir və alqışlayıram. Bu çox yüksək bir addımdır”.

sia.az