Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır

12 Fevral 2018 12:04 (UTC+04:00)

Bu gün Baş Ələt stansiyasının tək və cüt boğazlarında mövcud olan 12 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanılıb.“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, işlər mərhələli şəkildə davam etdiriləcək.Prosesi 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin (İDYM) kollektivi həyata keçirir. 5 saylı İDYM MMC-nin direktor müavini Şəmsəddin Talıbov bildirib ki, əvvəllər köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılıb və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli sayılmır.“Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxımından dəyişmələrə səbəb olacaq” - deyə, Ş.Talıbov bildirib.

sia.az