Tarix Muzeyinə Ağqoyunlular dövrünə aid sikkələr daxil olub

13 Fevral 2018 13:42 (UTC+04:00)

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə yeni sikkələr daxil olub. AMEA-dan SİA-ya verilən məlumata görə, Təbriz, Van, Diyarbəkir və Ərzincan zərbxanalarının istehsalı olan gümüş təngələr Ağqoyunlu hökmdarları – Uzun Həsən (1453 - 1477), Yaqub (1478 - 1490), Rüstəm (1491 - 1496), Məhəmməd (1497 - 1499) və Əlvənd (1497 - 1504) adından zərb edilib.Ağqoyunluların sikkə zərbi və pul dövriyyəsinin tədqiqində önəmli vasitə olan bu təngələr hazırda muzeyin Numizmatika Fondunda qorunur.Sikkələr Ağqoyunlu tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

sia.az