AXC-nin 100 illiyi Türkiyədə qeyd olunacaq

14 May 2018 17:35 (UTC+04:00)

Milli Məclisin deputatı Çingiz Qənizadə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçiriləcək tədbirdə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir. SİA-nın xəbərinə görə, millət vəkili İstanbulda yerləşən Feriköy məzarlığında AXC-nin qurucularının şərəfinə ucaldılmış abidənin açılış mərasiminə qatılacaq.
Tədbirdə müsəlman Şərqində ilk parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat veriləcək, xalqımızın müstəqillik mübarizəsi haqqında danışılacaq, bu yolda həlak olanların xatirəsi anılacaq.
Səfər mayın 15-də başa çatacaq.

sia.az