YAÇ-2018: Yeniyetmə qızlar Olimpiadaya vəsiqə uğrunda yarışır

16 May 2018 12:22 (UTC+04:00)

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq çəki dərəcələrində yeniyetmə qızlar yarışır. Bu çəkilərdə finala yüksələn idmançılar və 1 nəfər üçüncü yerin sahibi (hər çəkidə 3 nəfər olmaqla) Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.

Yığmamız 4 çəkidə idmançı ilə təmsil olunur.
İlk görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
43 kq
1/8 final - Şahanə Nəzərova - İrena Binkova (BULR)

49 kq
1/8 final - Maria Ramos Diaz (ESP) - Sevinc Əhədova

57 kq
1/8 final - Elnurə Məmmədova - Zsofia Agoston Palko (ROU)

65 kq
1/8 final - Elina Ziedina (LAT) - Nigar Mirzəzadə

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, , qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

sia.az