Milli Kitabxananın növbəti sərgisi - “İsa Muğanna-90”

12 İyun 2018 15:55 (UTC+04:00)

İyunun 12-də Azərbaycan Milli Kitabxanasında Xalq Yazıçısı İsa Muğannanın anadan olmasının 90 illik yubileyi münasibətilə sərgi açılıb. Kitabxanadan SİA-ya bildirilib ki, “İsa Muğanna-90” adlı sərgidə yazıçının Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitabları, ön söz yazdığı, redaktoru olduğu nəşrlər, tərcümə etdiyi əsərlər, yazıçı haqqında monoqrafiyalar, qəzet-jurnal materialları yer alıb. Sərgi bir həftə davam edəcək.

sia.az