“Nazirlərin görüşündən sonra müəyyən məsələlərə aydınlıq gələcək"

9 İyul 2018 14:52 (UTC+04:00)

“Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdiyi anonslardan da görünür ki, son vaxtlar məhz Ermənistan tərəfinin status-kvonu saxlamaq cəhdləri danışıqlara xələl gətirən məsələlərdir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.“Məhz buna görə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü çox mühüm əhəmiyyət kəsb edə bilər. Nə barədə? Yəni yeni hakimiyyət, eyni zamanda onların atacaq addımlarının nədən ibarət olduğunu birbaşa xarici işlər nazirindən almaq daha mühüm əhəmiyyət kəsb edir. Bununla belə Paşinyan və onun komandası seçkilərə hazırlaşdığı üçün məhz seçkiqabağı hansı siyasi gedişlərin ediləcəyi və Dağlıq Qarabağla bağlı hansı addımların atılmasının da masa üzərinə qoyulması mühüm məsələdir. Çünki həm daxili qoşun hissələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi, həm də sərhəd rayonlarına əlavə güc yığılması, Azərbaycan və Ermənistan tərəfinin hansı əməliyyatlara başlaması ilə bağlı müəyyən fikirlərə yol açır. Bu mənada düşünürəm ki, XİN rəhbərlərinin görüşündən sonra bir sıra məsələlərə aydınlıq gələcək. Ona görə də görüşün keçirilməsi vacibdir”-deyə, A.Nağıyev fikirlərini tamamlayıb.Qeyd edək ki, Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə görüşü keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

sia.az.