Vüsal Hüseynov: Bu yenilik əcnəbilərin gələcəkdə Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciətləri zamanı məmnunluğu təmin edəcək

9 İyul 2018 17:15 (UTC+04:00)

«Ölkəmizə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər etmək istəyən əcnəbilər artıq əmək vizalarınıda “ASAN Viza” sistemi üzərindən qısa müddət ərzində elektron qaydada əldə edə bilərlər». Bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.V.Hüseynov bildirib ki, bu yenilik böyük əhəmiyyətə malikdir.«Bu yenilik və imkan həmçinin əcnəbilərin gələcəkdə Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciətləri zamanı rahatlıq və məmnunluğu təmin edəcəkdir»-deyə, o, vurğulayıb.

yap.org.az