Xorvatiya - İngiltərə matçını Cüneyt Çakır idarə edəcək

10 İyul 2018 13:14 (UTC+04:00)

“DÇ-2018”in yarımfinal mərhələsinin Xorvatiya - İngiltərə görüşünü idarə edəcək hakimlər müəyyənləşib. SİA-nın məlumatına görə, sözügedən matçın baş hakimi türkiyəli ədalət təmsilçisi Cüneyt Çakır olacaq.Ona həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Matçın 4-cü hakimi Hollandiya Futbol Federasiyasından Byörn Kuypers olacaq.Qeyd edək ki, Xorvatiya - İngiltərə matçı iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

sia.az