Bəhruz Quliyev: "Ölkəmizdə həyata keçirilən siyasət insanların sosial rifah halının yaxşılaşdırılmasına istiqamətlənib"

10 İyul 2018 16:41 (UTC+04:00)

“Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında hər zaman olduğu kimi mühüm məsələlərə toxunaraq, ölkəmizin bütün sahələrində əldə olunan nailiyyətləri ictimaiyyətin diqqətinə çatdırmış oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Səs Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.Müşavirədə səslənən mühüm məqamlara toxunan siyasi ekspert bildirib ki, Azərbaycanda əldə olunan bütün nailiyyətlər təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətlə yanaşı, xalq-iqtidar birliyinin təzahürüdür: “Prezident İlham Əliyevin toplantıda bildirdi ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Təbii ki, bu birlik 2018-ci ildə keçirilən Prezident seçkilərində də özünü göstərmiş oldu. Xalq birmənalı olaraq əsası 1993-cü ildə qoyulan və son 15 ildə yüksək şəkildə davam etdirilən siyasətə dəstək çıxaraq Prezident İlham Əliyevə səs vermiş oldu”.B.Quliyev söyləyib ki, müşavirədə əsas məqamlardan biri Prezidentin Azərbaycan və Ermənistanda keçirilən seçkiləri müqayisə etməsidir: “Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycanda seçkilər xalqın iradəsini, Ermənistandakı seçkilər isə bu ölkənin iflasını nümayiş etdirmiş oldu. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır Ermənistanın vəziyyəti daha da acınacaqlı olacaq. Çünki, Azərbaycan düşmən ölkəni bütün beynəlxalq layihələrdən təcrid edib”.Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu deyən ekspert vurğulayıb ki, dövlət başçısı müşavirədə Azərbaycan və Ermənistan ordusunu müqayisə edərək ölkəmizin ordu quruculuğu istiqamətində inamla irəlilədiyini bir daha diqqətə çatdırdı: “Prezident toplantıda Azərbaycan ordusunun uğurlarına da diqqəti çəkərək, 2016-cı ildə aprel döyüşləri, 2018-ci ildə Naxçıvan əməliyyatı zamanı işğal altında olan minlərlə hektar torpağımızın geri qaytarılmasını xüsusi vurğuladı. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini ifadə edərək, problemin yalnız ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü xalqın diqqətinə çatdırdı B.Quliyev qeyd edib ki, müşavirədə bir çox sahələrdə görülən işlərlə yanaşı, qarşıya qoyulan məqsədlər göstərdi ki, ölkəmizdə həyata keçirilən siyasət nəticə etibarilə insanların sosial rifah halının yaxşılaşdırılmasına istiqamətlənib: “Prezident İlham Əliyevin müşavirənin sonunda rüşvətxorluq, korrupsiya hallarının aradan qaldırılması, sosial problemlərin həlli, özünəməşğulluq imkanlarının, sahibkarlara yaradılan şəraitin, turizm imkanlarının daha da genişləndirilməsi, nəqliyyat, infrastruktur, tikinti və digər sahələrlə əlaqədar verdiyi tapşırıqlar vətəndaşlarımızın daha da inkişaf etmiş rahat, sabit və güclü iqtisadiyyata malik ölkədə yaşamasına yönəlib. Bütün bunlar sübut edir ki, Azərbaycan Prezidentinin siyasətinin əsasında məhz vətəndaş amili dayanır”.

sia.az