Gürcüstandan ixrac olunan şaftalının 14,6 faizi Azərbaycanın payına düşüb

11 İyul 2018 12:22 (UTC+04:00)

İyulun 5-i vəziyyətinə Gürcüstandan 4,4 min ton şaftalı ixrac edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə 3,5 min ton çoxdur. AZƏRTAC Gürcüstan saytlarına istinadla xəbər verir ki, ixracın 14,6 faizi Azərbaycanın payına düşüb. İxracın böyük hissəsi isə Rusiyaya (66,5 faiz) olub. Gürcüstandan ixrac, həmçinin Ukrayna, Qazaxıstan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də həyata keçirilib.Qeyd edək ki, 2017-ci ildə Gürcüstandan 4,3 milyon dollarlıq şaftalı ixrac edilib.

sia.az