Bakıda DÇ-də Bolqarıstan 5 cüdoçu ilə təmsil olunacaq

11 İyul 2018 17:41 (UTC+04:00)

Bolqarıstan millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə, Bakı mundialında 5 bolqarıstanlı cüdoçu tatami üzərinə çıxacaq.Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Yanislav Qerçev, Valentin Alipiyev (hər ikisi 60 kq), Bojidar Temelkov (66 kq) və Daniel Diçevə (100 kq) şans verəcək.Qadınların mübarizəsində isə İvelina İlieva (57 kq) birincilik uğrunda mübarizə aparacaq.Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.

sia.az