Voleybolçularımız DÇ-nin ikinci mərhələsindəki son oyunda məğlub olublar

11 Oktyabr 2018 11:06 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatında son oyununa çıxıb. SİA-nın məlumatına görə, mundialın ikinci mərhələsində mübarizəni davam etdirən komandamız Bolqarıstan kollektivi ilə üz-üzə gəlib.Qarşılaşmanın gərgin keçəcəyi gözlənilirdi. Lakin millimiz yarışdakı son oyununda rəqibə ciddi müqavimət göstərməyib. Üç hissə davam edən matçda yığmamız quru hesabla uduzub.Bununla da, Faiq Qarayevin yetirmələri dünya birinciliyində çıxışlarını başa vurublar.Qeyd edək ki, bu mərhələdə qruplarda ilk 3 yeri tutacaq komandalar növbəti raunda yüksələcəklər.
DÇ, qadınlar
İkinci mərhələ
F qrupu
Bolqarıstan - Azərbaycan 3:0 (25:19, 25:20, 25:20)

sia.az