“Metamorfoza” türkiyəli teatrsevərlər tərəfindən maraqla qarşılanıb

5 Noyabr 2018 13:00 (UTC+04:00)

Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivi Türkiyənin Mersin şəhərində “Metamorfoza” tamaşası ilə çıxış edib. Teatrdan SİA bildirilib ki, S.Haqverdiyevanın əsərləri əsasında hazırlanmış tamaşaya rejissor Günay Səttarın quruluşunda baxılıb. Səhnə əsərində rəsmlərin quruluşu Umay Həsənovaya, musiqi tərtibatı isə Amid Qasımova aiddir. Tamaşada rolları aktyorlar Zümrüd Qasımova, Oqtay Mehdiyev və Elgün Həmidov ifa ediblər. Aktyorların uğurlu çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.Bundan əvvəl, teatrın yaradıcı heyəti Türkiyənin Adana şəhərində keçirilən V Şəhər Teatrları Görüşü Festivalı çərçivəsində “Təklif. Elçilik” tamaşası ilə ölkəmizi təmsil etmişdir.Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış ediblər.

sia.az