Həqiqət, hər zaman həqiqətdir! TƏRS BAXIŞ - FOTO

1 Aprel 2019 15:24 (UTC+04:00)

Yaxud, qudurğan məmurlar və onlara dəstək verən “müxalifətçilər” haqqında...

Müxalifətçi olanda nə olar? Məgər müxalifətçilər də hərdən çalıb-sözün düzünü deməz ki? Söz yox ki, ölkədə demokratik mühit mövcuddur və bu mühiti doğru qiymətləndirməyi bacaran insanlar da var, hətta müxalifətçilər belə var. Uzun illər müxalifətdə ola-ola, hətta düşərgənin ən radikal qanadında təmsil olunduğu bir halda, anidən istefa verərək, illərini, həyatlarının ən gözəl çağlarını həmin düşərgəyə sərf etmələrindən mənəvi iztirab çəkənlər də azmıdır məgər? AXCP-dən, Müsavatdan və s. sözdə “milli”, əməldə anti-milli siyasi partiyalardan, bu partiyaların liderlərindən tüpürərək imtina edənlər nəmxuda çoxdur, hətta bu partiyaların mövcud üzvlərindən də çox!
Onların yalnız ikiayaqlı ünsür olduqları, sadəcə, bioloji insanlıq varlığı qismindən ötəsinə keçmədikləri alınlarına möhür kimi vurulub
Beləliklə, əlqərəz deyib- keçirəm məsələnin əsas tərəfinə. O da sirr deyil ki, bu gün Avropanın müxtəlif ölkələrində “siyasi mühacir” adı altında gizlənib, sosial şəbəkələrdə şirpələnglik edib, özlərini karlığa, lallığa, korluğa qoyanlar da az deyil. Söyüş, təhqir, mənəviyyatsızlıq, şərəfsizlik və s. çoxsaylı mənfi cəhətlərə malik olan həmin məxluqlar əlbəttə ki, onlara verilən təlimatları canla-başla yerinə yetirənlər, bununla da özlərini fahişələr kimi satdıqlarını gizlətməyənlər indinin özündə də iş başındadırlar. Hətta 100 avroya görə bir-birlərinin doğmalarını söyən həmin məxluqlardan onsuz da hər hansı bir insanlığı gözləməyə də dəyməz. Artıq, onların yalnız ikiayaqlı ünsür olduqları, sadəcə, bioloji insanlıq varlığı qismindən ötəsinə keçmədikləri alınlarına möhür kimi vurulub. Əbəs deyil ki, özləri də zaman-zaman hər hansı söyüşləri açıq-aşkar boyunlarına götürür, bundan heç də narahat olmadıqlarını dilə gətirirlər. Əsas odur ki, Azərbaycan dövlətinin əleyhinə fəaliyyətlərini davam etdirib-söyülsünlər, ardınca da erməni lobbisinin pul-parasından yararlanaraq Avropa küçələrində meymunluqlarını davam etdirsinlər.
Fəqət, belələrindən fərqliləri də varıymış...
Fransada yaşayan mühacir Elnur Məcidli: “Prezidentin başlatdığı islahatlara mız qoyan naxələf karvanı var...”
Məsələ həm də ondadır ki, Azərbaycanda son üç ayda aparılan köklü və inqilabi islahatları dəstəkləyən mühacirlər də mövcuddur ki, onlardan biri də Fransada yaşayan Elnur Məcidlidir. Bu barədə facebook səhifəsindən öyrəndim və onun statusuna nəzər saldım. Statusunda çox maraqlı detala toxunan Elnur Məcidli ölkə başçısının apardığı uğurlu və xalqın, dövlətin maraqlarına hesablanan siyasətini təqdir edib, lakin qudurğan məmurların, eyni zamanda onlara dəstək verən “müxalifətçilərin” fəaliyyətlərinə toxunub. Əbəs deyil ki, cənab Prezident dəfələrlə öz çıxışlarında vurğulayıb ki, başda Özü olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidirlər. Dövlət başçımız bu xüsusda verdiyi hər bir vədini dərhal yerinə yetirir, XALQIN PREZİDENTİ olduğunu sübuta yetirir!Sadəcə, daxildə bir sıra məmurlar var ki, onlar cənab Prezidentin apardığı islahatlara necə deyərlər, pəl vurmağa çalışırlar. Məhz belə qudurğanlar və onların qudurğan övladları xalqı dövlətdən ayrı salmağa çalışır, öz davranışları ilə əslində, dövlətin maraqlarına qarşı fəaliyyət göstərdiklərini sərgiləyirlər. Bu baxımdan, müxalifətçi Elnur Məcidlinin reallıqdan, doğru qiymət vermək bacarığından doğan statusu məndə maraq oyatdı. Nə yazır Fransada yaşayan müxalif gənc: “Hakimiyyət daxilində öz kreslosunu qorumaq üçün islahatlara qarşı çıxan bir qrup məmur sürüsü var. Həmçinin, özünü müstəqil yaxud müxalif göstərib lakin gizlində bu məmur sürüsüylə əlbir olaraq prezidentin başlatdığı islahatlara mız qoyan naxələf karvanı var. Anlamaq lazımdır ki, hər bir müsbət addım, ideya kim tərəfindən irəli sürülürsə sürülsün, atılırsa atılsın, bir mənalı surətdə dəstəklənməlidir. Çünki, vətən sevgisindəki dürüstlük, vətənpərvərlik bunu gərəkdirir”.
Bu həqiqət isə belələrinə çox ağır zərbə vuracaq xalq yumruğu olacaq, bax, bundan şübhə etməsinlər!
Vəssəlam! Bax məsələ də budur ki, hakimiyyətin apardığı sürəkli və sürətli islahatlar proqramları, xalqın daha yaxşı yaşamasına hesablanmış münbit, nəhəng addımlar bir qrup ünsürləri həqiqətən də narahat etməyə başlayıb. Çünki dövlət başçısı bütünlüklə, daim xalqının yanındadır – yaxşı günündə də, ağır günündə də. İstər təbii fəlakətlər baş verərkən, istər yanğın və s. hadisələr, istər digər problemlər yaşanarkən, cənab Prezident dərhal (!) xalqının yanında dayanır və dövlətin daim xalqın yanında olacağını bəyan edir. Belə olan halda, dövlətin apardığı siyasətə pəl vurmağa cəhd edənlər istər qudurğan məmurlar olsun, istərsə də onlarla əlbir olan sözdə müxalifətçilər – bir həqiqəti dərk etməlidirlər ki, bu vətəni, bu dövləti satmaq düşüncəsinə qapılacaqlarsa, qarşılarında həqiqəti görəcəklər. Bu həqiqət isə belələrinə çox ağır zərbə vuracaq xalq yumruğu olacaq, bax, bundan şübhə etməsinlər!

sia.az