Messi La Liqasda mövsümünün ən yaxşı futbolçusu seçilib

29 May 2019 11:53 (UTC+04:00)

İspaniya La Liqasında başa çatan 2018-2019 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, "Marca" nəşrinin versiyasına əsasən, "Barselona"nın kapitani Lionel Messi hamını qabaqlayıb. Çempionatı 36 qolla başa vuran argentinalı superulduz 6-cı dəfə ən sərrast oyunçu üçün nəzərdə tutulan "Piçiçi" mükafatına da layiq görülüb. Leo bombardirlər yarışında ən yaxın izləyiciləri Luis Suares və Kərim Benzemadan 15 qol çox vurub.Qeyd edək ki, Messi 6-cı dəfə Avropanın ən sərrast futbolçusu kimi "Qızıl buts" mükafatına da sahib çıxıb.

sia.az