Builki Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində 75 şirkət iştirak edəcək

10 İyun 2019 12:28 (UTC+04:00)

İyunun 11-13-də Bakı Sərgi Mərkəzində keçiriləcək XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian 2019” sərgisində 10 ölkədən 75 şirkət iştirak edəcək.

Bu barədə iyunun 10-da “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisinin (“Road & Traffic 2019”) açılışına həsr olunmuş mətbuat konfransında “Caspian Event Organisers” şirkətinin rəhbəri Fərid Məmmədov deyib.
O qeyd edib ki, sərgidə Belarus ilk dəfə olmaqla, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yük və sərnişin vaqonları istehsalı, sərnişin daşınması ilə bağlı xidmətlərini təklif edəcəklər.

yap.org.az