"Tənəzzülə uğrayan Azərbaycan Ulu Öndərin fədakarlığı sayəsində dirçəldi" RƏY-ÖZƏL

12 İyun 2019 12:42 (UTC+04:00)

“15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunub. Ümummilli lider Heydər Əliyevin xalqın tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın ikinci müstəqillik tarixində yeni mərhələnin başlanğıcı oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.O bildirib ki, Ulu öndər ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanı ilk növbədə vətəndaş müharibəsindən, parçalanmaqdan, bölünməkdən, müstəqilliyini itirməkdən xilas etdi.Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün təcrübəsizliyi, naşılığı, idarəçilik bacarığının olmaması üzündən böhran həddinə çatan, tənəzzülə uğrayan Azərbaycan iqtisadiyyatı Ümummilli liderin həyata keçirdiyi siyasət nəticəsində yenidən dirçəlməyə başladı və Azərbaycanda sözün əsl mənasında dövlət və dövlətçilik quruculuğuna start verildi.E. Səlimov söyləyib ki, bu gün dünyada sülhə, təhlükəsizliyə töhfə verən Azərbaycanın uğurlu Ulu Öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi uğurlu enerji, neft siyasəti və strategiyası nəticəsində mümkün olub: “1994-cü ilin 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” heç də asan başa gəlmədi. Güclü təzyiq və təkidlər qarşısında mətinliklə, mərdanəliklə duruş gətirən Ümummilli lider Heydər Əliyevin sayəsində bu tarixi müqavilə həyata vəsiqə qazandı və həmin vaxtdan başlanan yol “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, TANAP və sair tarixi və möhtəşəm layihələrlə özünü nümayiş etdirdi və bu yol Prezident İlham Əliyev tərəfindən uğurla gedilir, davam etdirilir”..Deputat qeyd edib ki, Azərbaycan yaşadıqca Ümummilli lider Heydər Əliyev də yaşayacaq, var olacaq və 15 iyun tarixi hər zaman minnətdarlıqla xatırlanacaq, qeyd olunacaq.

sia.az