YAP Ağstafa rayon təşkilatında tədbir keçirildi

12 İyun 2019 15:42 (UTC+04:00)

YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Günü - Müasir Azərbaycanın inkişafının başlanğıc tarixi” mövzusunda tədbir keçirildi.

Tədbirdə YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin İmaməliyev, rayon Təhsil şöbəsinin baş məsləhətçisi Əli Cəfəroğlu, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov çıxış edərək 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmağından, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından söz açdılar.

yap.org.az