Azərbaycanın İranla ticarət dövriyyəsi 2,3 dəfə artıb

4 İyul 2019 17:07 (UTC+04:00)

Bakıda səfərdə olan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvlərinin, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təmsilçilərinin daxil olduğu nümayəndə heyəti İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb. SİA-nın məlumatına görə, İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və qarşılıqlı dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir.Belə ki, son 6 ildə dövlət başçıları arasında 12 yüksək səviyyəli görüş keçirilib və mühüm qərarlar qəbul edilib.Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur. İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 mlrd. ABŞ dollarına çatıb. Azərbaycan iş adamları da İran iqtisadiyyatına investisiyalar yatırır. Qarşılıqlı ticarət sahəsində də ciddi irəliləyişlərə nail olunub, 2018-ci ildə ticarət dövriyyəsi 74%, bu ilin 5 ayı ərzində isə 2,3 dəfə artıb.Şahin Mustafayev qeyd edib ki, hər iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, nəqliyyat-tranzit sahəsində mühüm işlər görülüb, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib.İqtisadiyyat naziri Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, İranlı sahibkarları ölkəmizdə yaradılmış işgüzar şəraitdən yararlanmağa dəvət edib.Əməkdaşlığın inkişafı perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, enerji, sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq, maliyyə, İKT, ekologiya, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.Ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini vurğulayan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının rəhbəri Qulamreza Tacgərdun iqtisadi-ticarət əməkdaşlığın inkişafını vurğulayıb, qarşılıqlı ticarətin genişlənməsi, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün potensialı qeyd edib.İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının katibi Əlireza Əşrəf Palatanın fəaliyyəti barədə məlumat verib, iki ölkənin sahibkarları arasında əlaqələrin, birgə layihələrdə iştirakın genişləndirilməsinin önəmini qeyd edib.Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.Bu gün iranlı qonaqlar Sumqayıt Kimya Sənaye Parkında müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.

sia.az.