Cüdoçularımız mübarizəyə başlayıblar

4 İyul 2019 17:11 (UTC+04:00)

İyulun 4-də Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar. SİA xəbər verir ki, Azərbaycan universiadada beş kişi və bir qadın cüdoçu ilə təmsil olunur. Kişilərin yarışında İbrahim Əliyev (66 kq), Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Aliumar Tumayev (90 kq) və Rüstəm Kotsoyev (+90 kq), qadınlardan isə Günel Həsənli (70 kq) mübarizə aparacaqlar.Universiadanın birinci günündə cüdoçularımızdan Aliumar Tumayev və Rüstəm Kotsoyev tatami üzərinə çıxıblar. A.Tumayevin rəqibi çexiyalı Jiri Peter, R.Kotsoyevin rəqibi isə meksikalı Aleksis De Leondur.

sia.az