"Şəki ilə bağlı qərarın qəbul olunduğu sessiyaya sədrlik etmək mənim üçün şərəf idi"

9 İyul 2019 12:27 (UTC+04:00)

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına qəbul olunduğu sessiyaya sədrlik etmək mənim üçün böyük şərəf idi. Bu mədəni irs nümunəsinin Ümumdünya İrs Siyahısında yer alması Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfəyə beynəlxalq səviyyədə verilən qiymətdir.AZƏRTAC xəbər verir ki, bu sözləri Braziliyanın UNESKO-dakı daimi nümayəndəsi Mariya Edileuza söyləyib. Bu münasibətlə xalqımızı təbrik edən qonaq bunu Azərbaycanın böyük uğuru kimi dəyərləndirib. “Qədim tarixə malik Şəki Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Şəki Xan Sarayı təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur”, - deyə o əlavə edib.

sia.az