Yarım ildə Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərib

10 İyul 2019 14:43 (UTC+04:00)

Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi bu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil edib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirib ki, (AZAL) onun da 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur. Naxçıvan aeroportu 284 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 70 minlik sərnişin axını ilə üçüncü olub.
Göstərilən müddətdə baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 853 min və 234 min sərnişin daşıyıb. Ümumilikdə isə bu, ötən ilin göstəricisindən 57 min nəfər çoxdur.
Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,76 milyon təşkil edib ki, bunun da 32,8 faizi AZAL-ın, 13,2 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54 faiz təşkil edib.
Hazırda 31 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyunda populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı, “Turkish Airlines”, “Aeroflot” və “FlyDubai” daxil olub.
Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsi baxımından “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülüb. Cari ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyonadək sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.

yap.org.az