"Məzarlıqlar yerli bələdiyyələrin nəzarətindədir" Komitə sədri

10 İyul 2019 14:53 (UTC+04:00)

"Vəfat etmiş insanlar üçün məzar yerlərinin ayrılması və digər məsələlər sırf bələdiyyələrin səlahiyyətində olan məsələdir". SİA-nın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.Onun sözlərinə görə, Nazirlər Kabinetinin məzarlıqların salınması və idarə olunması ilə bağlı qərarına əsasən, komitənin səlahiyyəti yalnız məzarlıqların reyestrini aparmaqdan ibarətdir. Digər bütün səlahiyyətlər yerli bələdiyyələrə aiddir.M.Qurbanlı əlavə edib ki, yerli bələdiyyələr həmin məzarlıqlara həm cavabdehdir, həm də onları idarə edirlər: "Bəzən mətbuat nümayəndələri məzarlıqlarla bağlı bütün məsələlərə görə bizim komitəyə müraciət edirlər, amma məzarlıqlar, dediyim kimi, yerli bələdiyyələrin nəzarətindədir. Bu, daha doğrudur, çünki məzarlıqlar vahid bir mərkəzdən deyil, yerlərdə idarə olunmalıdır. Bu, tam məntiqli bir addımdır".

sia.az