Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət ayırır

11 İyul 2019 17:20 (UTC+04:00)

“Yeni Azərbaycan Partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, ümumiyyətlə ayrı-ayrı layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayırır. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən YAP Sədri, Prezident İlham Əliyev bildirib ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasında eyni zamanda gənclərin fəaliyyətindən də asılıdır”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə YAP-ın“Yay məktəbi” layihəsi çərçəvəsində Lerik rayonunda gənclərlə görüşündə səsləndirib.

yap.org.az