Baş Nazirin müavini Əli Əhmədov ABŞ-da səfərdədir

12 İyul 2019 11:37 (UTC+04:00)

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə gedib.

Trend-in məlumatına görə, səfərdə məqsəd iyulun 15-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə hesabatı BMT-yə təqdim etməkdir.
Konfrans BMT-nin Nyu York şəhərində yerləşən Baş Qərargahında keçiriləcək.
Bu, Azərbaycanın təqdim edəcəyi sayca ikinci hesabatdır.

yap.org.az