Yaponiya millisinin gənc üzvü "Barselona"da

16 İyul 2019 11:34 (UTC+04:00)

"Kasima Antlers"in futbolçusu Hiroki Abenin "Barselona"ya keçidi rəsmiləşib.
SİA klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün Kataloniya təmsilçisi Yaponiya klubuna 1.1 milyon avro təzminat ödəyib. Onun növbəti mövsüm əvəzedici komandada oynayacağı və təzminat qiymətinin 40 milyon avro olduğu açıqlanıb.Qeyd edək ki, Yaponiya millisinin üzvü H. Abe ötən mövsüm 25 oyunda 2 qol vurub, 2 qol ötürməsi verib.

sia.az