Güləş üzrə yığmamız dünya ikincisi oldu!

5 Avqust 2019 11:09 (UTC+04:00)

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatına yekun vurulub.

SİA-nın xəbərinə görə, Yunan-Roma güləşi üzrə yığmamız mundialda uğurlu çıxış edib. Sofiyaya yollanan 8 güləşçidən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb.
Beləliklə, güləşçilərimizin uğurlu çıxışı nəticəsində millimiz 123 xalla komanda hesabında dünya ikincisi olub. İran 148 xalla birinci, Rusiya isə 99 xalla üçüncü yeri tutub. Yunan-Roma güləşçilərimiz dünya çempionatında 5 medal (2 qızıl, 2 gümüş, 1 bürünc) qazanıb.

45 kq
Təsnifat - Fərid Sadıxlı - Valeri Manqutov (RUS) 4:3
1/8 final - Fərid Sadıxlı - Samatbek İzimqali (KAZ) 4:15
Təsəlliverici görüş - Fərid Sadıxlı - Harş Harş (İND) 8:0
Bürünc medal görüşü - Fərid Sadıxlı - Mehdi Əhədi Zenab (İRİ) 8:1

51 kq
Təsnifat - Elmir Əliyev - Eduardo Lovera (ARG) 4:0 (tuşe)
1/8 final - Elmir Əliyev - Məhəmməd Şaban (EGY) 5:0
1/4 final - Elmir Əliyev - Denis Florin Mihay (ROU) 4:2
1/2 final - Elmir Əliyev - Vladimir Voytoviç (UKR) 5:0
FİNAL - Elmir Əliyev - Seyid İsmayili Leivesi (İRİ) 1:2

60 kq
Təsnifat - Həsrət Cəfərov - Əziz Qasımov (KAZ) 10:4
1/8 final - Həsrət Cəfərov - Seyid Söhrabi (İRİ) 1:3

71 kq
Təsnifat - Rauf Əliyev - Uros Rayiç (SRB) 8:0
1/8 final - Rauf Əliyev - Andreas Vasilakopulos (GRE) 9:0
1/4 final - Rauf Əliyev - Rza Rəcəb Əli Saki (İRİ) 0:3
Təsəlliverici görüş - Rauf Əliyev - Data Çxaidze (GEO) 8:0
Bürünc medal görüşü - Rauf Əliyev - Aleksandrin Qutu (MDA) 0:6

92 kq
1/8 final - Laçın Vəliyev - Maik Haimov (İSR) 5:0
1/4 final - Laçın Vəliyev - Vladislav Valodin (BLR) 2:0
1/2 final - Laçın Vəliyev - Oktay Demir (TUR) 5:1
FİNAL - Laçın Vəliyev - Muxammed Yevloyev (RUS) *2:2

sia.az