"6 ayda imzalanan sənədlər insanların həyat səviyyəsini daha da yüksəldib" RƏY-ÖZƏL

5 Avqust 2019 16:38 (UTC+04:00)

“Son illər respublikamızda əhalinin sosial müdafiəsinin, rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, imzalanan fərman və sərəncamlar insanların həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm rol oynayıb. Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə də qeyd etdi ki, 2019-cu ilin birinci yarısında Azərbaycan öz inkişaf dinamikasını qoruyub saxlayıb, qarşıya qoyulan vəzifələr icra edilib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.İyulun 31-də keçirilən toplantının bu, il ərzində Azərbaycan Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən ikinci müşavirə olduğunu xatırladan deputat söyləyib ki, cari ilin fevral ayında keçirilən ilk müşavirənin ölkə həyatına, iqtisadi inkişafa, islahatlar prosesinə çox böyük müsbət təsiri olub.Onun sözlərinə görə, çünki həmin müşavirədən cəmi bir neçə gün sonra Prezident tərəfindən tarixi fərman, yəni, problemli kreditlərin həllini nəzərdə tutan məlum sənəd imzalanıb: “Eyni zamanda, ölkədə maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırılıb, sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələ başlanıb”.Sosial-iqtisadi sahə ilə bağlı keçirilən son müşavirənin də çox önəmli və böyük əhəmiyyət kəsb etdiyini deyən D.Cəbaryılova toplantıda mühüm məsələlərə toxunulduğunu da dilə gətirib: “İyulun 31-də keçirilən müşavirədə bütün sahələrə toxunuldu. Göstərilən rəqəmlər, səsləndirilən fikirlər, qarşıda duran məqsədlər, vəzifələr və s. hamısına aydınlıq gətirildi. Prezident müşavirədə bir məqama diqqəti çəkdi. Dedi ki, bu, hələ o demək deyil ki, biz hər şeyə nail olmuşuq. Yəni biz bu istiqamətdə yeni-yeni uğurlara imza atmaq üçün dünya təcrübəsindən, bu sahədə olan beynəlxalq təcrübələrdən müsbət mənada yararlanmalıyıq. Təbii ki, bütün bunların hamısı bir məqsədə - ölkəmizin, dövlətimizin bütün sahələrdə inkişafına, güclənməsinə və insanlarımızın maddi, sosial durumunun yaxşılaşmasına xidmət edir. Bu istiqamətdə hələ görüləsi işimiz çoxdur. Prezident müşavirədə bunu xüsusilə qeyd etdi və tapşırıqlarını verdi. Bütün bunlar Azərbaycan Prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub saxlanacağını bir daha təsdiq edir”.Deputat əlavə edib ki, ümumiyyətlə, iyulun 31-də keçirilən müşavirə ölkənin sosial-iqtisadi inkişafında, islahatlar prosesinin yeni mərhələyə keçməsində böyük və müsbət rol oynayacaq, qısa zamanda öz müsbət töhfələrini verəcək.

sia.az.