"Bu, işğalçılıq siyasətinin davamıdır" ÖZƏL-MÖVQE

5 Avqust 2019 16:40 (UTC+04:00)

“Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra erməni diasporaları olan dövlətlərdən erməni oyunlarının açılış mərasiminə dəvət etməklə bir daha göstərir ki, qondarma “DQR” da burada bir dövlət kimi təmsil olunur. Məlum məsələdir ki, bu, işğalçılıq siyasətinin davamıdır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri çox təəssüf ki, bununla bağlı hər hansı bir bəyanat yaymadılar: “Digər məsələ isə Türkiyəyə müraciət olunanda ki, erməni əsilli idmançılar orada iştirak etsin amma Türkiyədə yaşayan erməni mənşəli idmançılar bundan imtina etdilər. Ümumiyyətlər bunlar bilirlər ki, Azərbaycan və Türkiyə arasında olan münasibət necədir. Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı hər hansı bir diplomatik münasibətlər dayandırılıb. Sadəcə olaraq bunu dərk edən dövlətlər məlum məsələdir ki, buna bir rakursdan, dərk etməyənlər isə digər rakursdan baxır. Paşinyanın da pan-erməni oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi bir daha onu göstərir ki, o həm Dağlıq Qarabağ kartından istifadə etməyə çalışır, həm də bütün dünyaya göstərmək istəyir ki, guya Ermənistan qondarma “DQR” arasında hər hansı bir problem yaşanmır. Bundan başqa o özü üçün 2020-ci ildə keçiriləcək “seçkilər”lə bağlı nüfuz qazanmağa çalışır ki, onun istədiyi şəxs orada sonradan qondarma prezident seçkilərində rəhbər olsun".