"Paşinyan yarımfabrikat siyasətçidir" ÖZƏL-MÜNASİBƏT

7 Avqust 2019 16:32 (UTC+04:00)

"Ümumiyyətlə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın sərsəm fikirləri ilə bağlı BMT-yə müraciət etməlidir. Çünki ATƏT-in Minsk Qrupu var və Ermənistan işğalçı tərəf kimi biz tərəfdən tanınsa da Paşinyanın bu hərəkətinə görə onu beynəlxalq məhkəməyə vermək lazımdır". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, Paşinyan nəinki Ermənistanın Konstitusiyasına hətta beynəlxalq qanunlara da əməl etmir: "Yəni bu gözlənilən bir şeydir. Çünki bu şəxs küçədən gələn bir siyasətlə məşğul olan adamdır. Mən hətta ona yarımfabrikat siyasətçi deyərdim. Bu adam çox həyasızlaşıb. O, Ermənistanın daxili problemlərini bilavasitə diqqətdən yayındırmaq üçün bu cür mütəmadi ucuz şoular edir. Məsələn, o “sərhədi keçəlim” mahnısı ifa edir və yallı gedir. Ümumiyyətlə köçəri də, yallı da və torpaq da bizimdir. Təəssüf ki, Paşinyanın bu hərəkətinə ATƏT-in həmsədr dövlətləri də göz yumur. Ona görə də biz Azərbaycan tərəfi olaraq bunlardan nəticə çıxarmalıyıq və dövlətimizin yanında olmalıyıq. Bütün hallarda Ermənistanın bu həyasızlığı ilə bağlı təkcə dövlət yox, QHT-lər, siyasi partiyalar bəyanatlar verməlidir. Nə sağda, nə də solda bu işlə bağlı heç bir bəyanat verilməyib. Onlar hamısı gözləyir ki, hər şeyi Prezident etməlidir. Prezident sözünü də deyib və bəyanatını da verib. Bəs bu 10 milyon xalq nəylə məşğul olmalıdır? Axı bu şəkildə olmaz. Bu gün təkcə yazılı media deyil, görüntülü media da buna öz münasibətini bildirməlidir. Nə qədər ki, biz informasiya müharibəsini uduzuruq, Paşinyan da öz həyasızlığını edəcək”.

sia.az