“Qalatasaray” Türkiyə Superkubokunun qalibidir

8 Avqust 2019 10:51 (UTC+04:00)

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.SİA xəbər verir ki, ötən mövsümü “qızıl dubl”la başa vuran “Qalatasaray” və Türkiyə Kubokunun finalçısı “Akhisarspor” qarşılaşıb.Ankarada keçirilən oyunda “Qalatasaray” Yunus Belhandanın qolu ilə (38-ci dəqiqə) 1:0 qalib gələrək növbəti titulunu qazanıb.

sia.az