“Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz yarımfinala vəsiqə qazanıb

9 Avqust 2019 13:11 (UTC+04:00)

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, püşkatmanın nəticələrinə əsasən yarımfinal yarışlarına komandamız dördüncü qatılacaq.
Növbəti mərhələyə hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan sınaq və sıfırlama atışları ediblər

yap.org.az