YAP Səbail rayon təşkilatında geniş tərkibli yığıncaq keçirilib TƏDBİR

4 Sentyabr 2019 15:36 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında 30 avqust 2019-cu il tarixində YAP İcra Katibliyində partiyanın Sədr müavini – İcra katibi, Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrin icrası ilə bağlı ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə işgüzar yığıncaq keçirilib. SİA-nın verdiyi məlumata görə, yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Əli Əhmədovun sədrliyi ilə keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələr, ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq prosesi və YAP Səbail rayon təşkilatının qarşısında duran vəzifələr haqqında ətraflı məlumat verib.Daha sonra verilən tapşırıqlar üzrə ciddi müzakirələr aparılıb.Çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Səbail rayon “Ailə problemləri” ərazi ilk partiya təşkilatının sədri Sədaqət Qəhrəmanova, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, YAP Səbail rayon “Aktyorlar Evi” ərazi ilk partiya təşkilatının sədri, Xalq artisti Hacı İsmayılov, YAP Səbail rayon “Təhsil tədqiqatçıları” (Azərbaycan Respublikası Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatının sədri Piralı Əliyev müzakirə olunan məsələlərlə bağlı təkliflər irəli sürüblər.Yığıncaqda YAP Səbail rayon təşkilatının qeydiyyatında olan bütün ərazi ilk partiya təşkilatlarının sədrləri qarşısında konkret vəzifələr qoyulub.

sia.az