“Eternity - 2019” təlimi səhra şəraitində davam edib

6 Sentyabr 2019 11:08 (UTC+04:00)

“Eternity - 2019” komanda-qərargah təliminin iştirakçıları tapşırıqları səhra şəraitində icra ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlimdə ssenariyə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin birgə təmin edilməsi, ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətlər praktiki olaraq yerinə yetirilib.

yap.org.az