Şahin Mustafayev: Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir

6 Sentyabr 2019 11:18 (UTC+04:00)

Hazırda Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir.

Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Azərbaycan ilə Bolqarıstan arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat, gömrük, turizm və digər sahələrdə 80-dən çox sənəd imzalanıb.
Nazir Azərbaycandakı sənaye parklarında tətbiq olunan güzəştlərdən Bolqarıstan sahibkarlarının da yararlana biləcəyini deyib.

yap.org.az