Georqi Qaxaria: Gürcüstanın qonşu ölkələrlə əlverişli siyasi, iqtisadi, ticari münasibətlərinin qurulması üçün fəal iş aparılmalıdır

9 Sentyabr 2019 12:02 (UTC+04:00)

Gürcüstanın qonşu ölkələr, o cümlədən Azərbaycan və Türkiyə ilə əlverişli siyasi, iqtisadi, ticari münasibətlərinin qurulması üçün olduqca dəqiq və fəal iş aparılmalıdır.

Bu barədə Gürcüstanın Baş Naziri vəzifəsinə namizəd Qeorqi Qaxaria parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Gürcüstanın qonşu Türkiyə, Azərbaycan və Ermənistan ilə effektiv, məhsuldar və pozitiv münasibətlər qurması çox vacibdir.
Məlumat üçün qeyd edək ki, hazırda Gürcüstan parlamentində G.Qaxarianın başçılıq edəcəyi hökumətə etimad məsələsi müzakirə olunur.

yap.org.az