"Ermənilərin bu vəhşiliyini dünya görməlidir" ÖZƏL-MÜNASİBƏT

9 Sentyabr 2019 13:32 (UTC+04:00)

"Ermənilər hətta azərbaycanlı ölüləri də rahat buraxmırlar". Bunu SİA-ya Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Facebook səhifəsində ermənilərin türk və kürd qəbiristanlığını dağıtması ilə bağlı kadrlar paylaşıb.Politoloq vurğulayıb ki, bu vəhşiliyi dünya görməlidir: “Bu da fakt. Kadrlarda türk və kürdlərin qəbirləri dağıdılmış haldadır. Erməni vandallığını ifşa etməliyik. Əllərində heç bir fakt olmaya-olmaya, Culfada guya erməni qəbiristanlığının dağıdılmasını beynəlxalq təşkilatlar səviyyəsində qaldırırlar. Reallıq isə budur. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Azərbaycanın indiki Ermənistandakı torpaqlarında, eyni zamanda Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb”.Politoloq qeyd edib ki, təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib: “İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib”.Xatırladaq ki, müsəlman qəbirlərin dağıdılmasını erməni Narina Kirokasyan lentə alıb.

sia.az