Taekvondoçularımız Gran Pri turnirində iştirak edəcəklər

10 Sentyabr 2019 16:21 (UTC+04:00)

Taekvondoçularımız Gran Pri turnirində iştirak etmək məqsədi ilə bu gün Yaponiyaya yollanır. Komandamız, Çiba şəhərində 13-15 sentyabr tarixlərində təşkil edilən G4 kateqoriyalı turnirə 8 idmançı ilə qatılacaq.SİA-nın məlumatına görə, millinin heyətində Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov və Cavad Ağayev (hər ikisi 68 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov və Radik İsaev (80 kq yuxarı) yer alıb.Zərif cinsin nümayəndələrindən isə -67 kq çəki dərəcəsində Fəridə Əzizova və Patimat Abakarova (-49 kq) ölkəmizi təmsil edəcək. Komandamız turnirə baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə qatılacaq.Qeyd edək ki, növbəti Qran Pri yarışları Bolqarıstanın paytaxtı Sofiya (18-20 oktyabr) şəhərində, final mərhələsi isə Moskavda (6-7 dekabr) keçiriləcək. Turnirin qalibi aktivinə 40 reytinq xalı əlavə etmiş olacaq. Taekvondoçularımız, 17 sentyabr tarixində vətənə dönəcək.

sia.az