YAP-ın nümayəndə heyəti Çində səfərdədir

11 Sentyabr 2019 14:46 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) 19 nəfərlik nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başlayıb. SİA-nın verdiyi məlumata görə, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Komitə sədri Hadi Rəcəblinin başçılıq etdiyi nümayədə heyəti 11-16 sentyabr tarixlərində bu ölkədə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.Nümayəndə heyəti Çin Xalq Respublikası Kommunist Partiyası (KP) ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş “Dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi"nə həsr olunmuş yubiley konfransında iştirak edəcəklər.İlk görüş Çin KP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin 6-cı idarəsinin rəis müavini Van Minlə olub. Görüşdə partiyaların tarixi, hər iki partiya arasında münasibətlər, perspektivlər barədə müzakirələr aparılıb. Van Min çıxışında iki dost ölkənın iqtidar partiyaları arasında 20 illik əlaqələrdən danışıb və münasibətlərin hər keçən gün daha da inkişaf etdiyini bildirib.YAP nümayəndə heyətinin rəhbəri Hadi Rəcəbli çıxışında Ulu Öndərimiz Heydər Əliyevin yaradıcısı və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının tarixi haqda danışıb və Çin-Azərbaycan əlaqələrinin inkişafında rəhbər partiyaların mühüm rol oynadığını önə çəkib.Səfər çərçivəsində YAP-ın nümayəndə heyətinin ölkənin paytaxtı Pekin şəhərlərində Çin KP-nin beynəlxaq şöbəsinin 6-cı idarəsinin rəisi, həmçinin digər rəsmilərlə görüşləri, o cümlədən dünyanın ən iri ticarət mərkəzi sayılan Şanxay şəhərinə səfəri nəzərdə tutulub.

sia.az