"Azərbaycana 15-dən çox ölkədən qonaqlar gəlib" Əflatun Amaşov

12 Sentyabr 2019 14:09 (UTC+04:00)

"Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosasiyasının illik toplantısına həsr olunmuş tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.Onun sözlərinə görə, Amerikanın müəyyən ştatları, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Keniya, Makedoniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar: "O vaxtdan indiyə qədər quruma üzv ölkələrdə tədbirlər keçirilir və jurnalistlərin qarşılaşdığı problemlər, informasiya əldə etmələri ilə bağlı yaranmış maneələrin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir. Ümumilikdə dünyada medianın inkişaf meylləri müzakirə olunur".Ə.Amaşov bildirib ki, bu gün Azərbaycana 15-dən çox ölkədən qonaqlar gəlib və digər ölkələrdən də qonaqlar gələcək.

sia.az