Mahir Abbaszadə: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edərək möhtəşəm nailiyyətlər qazanır

1 Oktyabr 2019 15:17 (UTC+04:00)

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edərək möhtəşəm nailiyyətlər qazanır”. Bu fikri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, ötən zaman müddətində əldə edilən strateji əhəmiyyətli nailiyyətlərdən biri Azərbaycan iqtisadiyyatının öz dinamik inkişafını davam etdirməsi olub. Onun sözlərinə görə, həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb.
“Güclü maliyyə imkanları və dinamik iqtisadi inkişaf səmərəli sosial siyasətin həyata keçirilməsinə münbit zəmin yaradıb, bu istiqamətdə atılan addımlar əhalinin rifahının daha yaxşılaşmasını təmin edib. Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir”-deyə, deputat vurğulayıb.

yap.org.az