"Ölkənin inkişafına töhfə verməkdənsə..." ÖZƏL-ŞƏRH

2 Oktyabr 2019 14:01 (UTC+04:00)

"Ölkənin inkişafına töhfə verməkdənsə, xaricə şığıyıb, ordan da xalqa mənəviyyat dərsi keçən, hələ-hələ üsyana çağıran bir dəstə(cik) dələduz var". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.QHT rəsmisinin sözlərinə görə, onlardan biri də, Almaniyada məskunlaşmış Cəmal Sayidli adında birisidir: "Bu “birisi”nin nümunəsində açıq-aşkar görmək olur ki, adam tərbiyədən nəsibini almayıb və üstəlik psixi durumu gərgindir. Bu, adının əksində surətə malik adam guya bloqqerdir. Olsun, bloqqer olsun, istəyir trolqer olsun, nə olur olsun, öz işidir amma (ha o, ha başqası) ya “feysbuk”da, ya öz “bloq”unda ağzına gələni yazmaq, özünü xalqın dərdinə yanan bir fəal kimi göstərmək də, nədi? Xalqın yaşantılarını bu xalqdan biri olan, xalqın içində yaşayan bilər, komfort arxasınca xaricə götürülənlər yox! Xalqın dərdinə yanmaqçün xalqın dərdini bilmək, onu yaşamaq, onu bölüşmək, onu ürə¬yindən keçirmək gərəkdir! – Məhz belə olanda görərsən ki, xalqın dərdi ərazi bütövlüyünün bərpasından keçir, dövlətə, dövlətçiliyə xidmətdən keçir, böyük ideallara, üfüqügeniş amal¬lara köklənməkdən keçir və kəsinliklə, öz xalqını, dövlətini aşağılamaqdan keçmir! Keçmir!Yoxsa, gedib orda-burda kiminsə, nəyinsə, haranınsa çıxarlarına uyğunlaşan (bəlkə də, uyğunlaşıb gedən), müəyyənsiz müəyyən siyasi dəllalların təsirsiz təsirinə düşüb, anormal çalışmalarda bulunmaqla xalqa canıyanan olmaq olmur.Canıyananlıq, fədakarlıq bəlkə bir elm, savad kateqoriyası deyil, bununla belə nə savadları, nə dün¬yagörüşləri, nə bacarıqları, üz tutduqları ölkələrdə hər hansı faydalı bir işlə məşğul ol¬mağa (topluma qaynayıb-qarışmağa, bir normal mövqe sahibi olmağa) imkan verməyənlər, dünya hardan gəlib hara gedir, nə bilər?..Adam gərək öz yerini bilə, “baqaj”ının tutumunu bilə, yoxsa, bacardığı bacarıqsızlıqdan ötəyə keçməz. – Mənəviyyatsızlıq, tərbiyəsizlik kəsdirər ağızlarını (pardon, qapılarını). Sanki camalsızlara, cədsizlərə bircə yol, daha doğrusu yolsuzluq qalıb: öz dövlətini, öz xalqını söymək, öz də¬yərlərini aşağılamaq, bir sözlə, yaramazlığın kəllə-çarxına çıxmaq... Amma iş kələ-çarxa çıxmağa qaldısa, ordan kəllə-mayallaq düşmək də var, əlbət..!Kəllə-mayallaq adayları xalqa qeyrət dərsi “keçir”, oysa, sual-cavab çarxının yönünü onlara çevirib də, soruşan gərək, “sən, kimsən? Kimsən axı sən?” – Bir dön özünə bax, bir özünə çəki-düzən ver. Yalan-palandan dorğayıb tökməklə olmur siyasi mübarizə - hərçənd sənin adınla, fəaliyyətinlə yanaşı çəkilincə siyasi mübarizə mütləq dırnaq tələb edir. Özünü ictimai fəal kimi göstərib də, Almaniyada hakimiyyət orqanlarını aldadıb oturum almaqnan deyil; yanlış hesab bir gün Berlindən də geri dönər. Əgər sən, gedib Almaniyada küçə süpürür, kafe-barlarda qab-qaşıq yuyur, qazandıqlarını da, dingilim-na¬nay¬lığa xərcləyirsənsə, ilk işin öz mənəviyyatını silib-süpürmək, öz könül evini təmiz¬ləməkdən keçir, xəbərin olsun (əlbəttə, könül evin varsa)...Öz faydasız, gədayi həyat tərzinin acığını başqalarında (daha ümumi şəkildə desək, xalqda, dövlətdə) görmək, natamamlıq kompleksi yaxud hansısa sindromdan əziyyət çək¬məyin ta özüdür. Beləsə, iş həkimə qalır; hakimə qalmadan, həkimə getmək daha yeydir yəqin ki. Yoxsa, hesab edəsən ki, sənin yaramaz fəaliyyətlərin kiminsə, nəyinsə, haranınsa diqqətini cəlb edəcək, beləliklə qrant-filan alacaqsan, anlamsız yaşamına “anlam” qata¬caqsan... – çı! – Demək, irəli yox, geri yuvarlanırsan, bu isə heç Sizif əməyi də deyil, zibil əməyidir...".

sia.az